Kamerunun 7 idmançısı olimpiadadan qaçdı
0
0
Kamerunun 7 idmançısı 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən ölkə yığmasının düşərgəsini tərk edib. Lent.az-ın məlumatına görə, onlar olimpiadadan sonra da Avropada qalmaq üçün bu addımı atıblar.
Qaçanlardan 5-i - Tomas Essomba, Kristian Donfak Acufak, Abdon Mevoli, Bleyz Epmu Menduo və Serj Ambomo boksçu, Raul Ekane Edinqe üzgüçü, Druzil Nqako isə futbol üzrə qadınlardan ibarət yığmanın ehtiyat qapıçısıdır. Kamerunun İdman və Bədən Tərbiyəsi Nazirliyindən bildiriblər ki, idmançılar olimpiya kəndindən qaçıblar.
Qeyd edək ki, daha öncə 15 yaşlı efiopiyalı məşəl daşıyıcısı da yoxa çıxıb. O, Londona olimpiya məşəli estafetində iştirak üçün dəvət olunmuşdu.