Olimpiada-2012: Əşrəf Əliyevin ümidi bürünc medala qaldı
10 avqust 2012 18:17 (UTC +04:00)

Olimpiada-2012: Əşrəf Əliyevin ümidi bürünc medala qaldı

0
Azərbaycan güləşçisi Əşrəf Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal şanslarını itirib. Lent.az-ın məlumatına görə, 26 yaşlı idmançı 1/8 finalda rusiyalı Denis Tsarquşa uduzub.

İlk hissədə Əliyev klinç vəziyyətindən 1 xal alsa da, sonrakı hissədə üstünlüyünü qoruya bilməyib. Tsarquş xal alaraq, bərabərlik yaradıb. Əlavə hissədə də rusiyalı pəhləvan daha 1 xal alaraq, qələbəyə nail olub.

İndi Əliyev uduzduğu rəqibinin finaladək yüksəlməsini gözləməlidir. Əks halda, o, bürünc medal şansını da itirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1397

Oxşar yazılar