London olimpiadası rəsmən başa çatdı -
Lent.az-ın məlumatına görə, bu məqsədlə Böyük Britaniya paytaxtındakı Olimpiya stadionunda bağlanış mərasimi təşkil olunub.
Mərasim zamanı “Muse”, “Spice Girls”, “Beady Eye”, gitaraçı Brayan Mey və digərləri çıxış ediblər. Bağlanışın əsas mövzusu Britaniya musiqisi olub. Tədbirin sonunda olimpiya məşəli söndürülüb və ardından “The Who” qrupu çıxış edib.
Olimpiada iyulun 27-dən avqustun 12-dək davam edib. Qeyri-rəsmi komanda hesabında ABŞ 46 qızıl, 29 gümüş, 29 bürünc medalla birinci yeri tutub. İkinci yerə 38 qızıl, 27 gümüş, 22 bürünc medalla Çin, üçüncü yerə 29 qızıl, 16 gümüş, 19 bürünc medalla Böyük Britaniya layiq görülüb. Azərbaycan isə 2 qızıl, 2 gümüş, 6 bürünc medalla 30-cu olub.
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil ediləcək. Bağlanış mərasimi zamanı London meri Boris Conson olimpiya bayrağını Rio merinə təslim edib.

Oxşar yazılar

Norveç İsraillə oyundan qazanacağı pulu Qəzzaya bağışlayacaq
21 avqust 2025 , 17:23
"Barselona" bu futbolçuya 9 milyon avro maaş verəcək
21 avqust 2025 , 15:41
Klub onu satmaqdan imtina etdi: futbolçu analıq məzuniyyətinə çıxmaq niyyətindədir
21 avqust 2025 , 11:37
Soyunub-geyinmə otağındakı davadan sonra transfer siyahısına qoyuldular
21 avqust 2025 , 09:32
Qalmaqallı boksçu çıxışını dayandırdı
21 avqust 2025 , 06:52
Qadın güləşçimiz dünya çempionatının finalında
21 avqust 2025 , 05:22
Çempionlar Liqası: “Fənər”dən qolsuz heç-heçə
21 avqust 2025 , 01:03