Azərbaycan İslam Həmrəylik Oyunlarına rəsmən namizəd oldu - FOTO
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Azərbaycanı nazir, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və MOK-un məsul işçisi, İslam Qadın və İdman Federasiyasının birinci komitəsinin üzvü Könül Nurullayeva daxil olub. Tədbirdə İHİF İcraiyyə Komitəsinə Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciət təqdim olunub.
A.Rəhimov və Ç.Hüseynzadə iclasda çıxış ediblər. Burada həmçinin, İslam Həmrəylik Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı ilkin texniki kitabın təqdimat mərasimi keçirilib. Kitabda tədbirlər planı, görüləcək işlər, mövcud vəziyyət, mədəniyyət, nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan uğurlar, könüllülərin iş prinsipi, turizmin inkişafı və s. mövzular əksini tapıb.
İclasda Azərbaycan və Bakı haqqında qısa videoçarx da nümayiş etdirilib.

Oxşar yazılar

Sabiq federasiya prezidenti dağlarda öldü
28 avqust 2025 , 15:09
Olimpiya çempionu təcili yardım maşınında doğdu
28 avqust 2025 , 12:54
Dani Meneses "Liverpul"un hücumçusu Yuqo Ekitikunun sevgilisidir - FOTOLENT
28 avqust 2025 , 10:00Prezident “Qarabağ”ı təbrik etdi
28 avqust 2025 , 00:52
“Qarabağ” yenidən Çempionlar Liqasında
27 avqust 2025 , 22:44
“Beşiktaş”da ayrılıq - RƏSMİ
27 avqust 2025 , 21:11
Çempionlar Liqasının 3 debütantı: onlar kimlərdir və Avropada necə sensasiya yaratdılar?
27 avqust 2025 , 19:20