
Azərbaycan futbolunda şok cəza!
Futzal üzrə Azərbaycan çempionatının ötən turunda “Baku Fire” və “Fənərbağça” komandaları arasında keçirilmiş oyun yarımçıq qalıb. Lent.az-ın məlumatına görə, 30-cu dəqiqədə baş vermiş olayda “Baku Fire” təqsirkar sayılıb. Oyunun hakimi komandanın baş məşqçisi Fuad Rzayevin fiziki təzyiqlərinə, məşqçi Əşrəf Əliyev, oyunçular Rüfər Rzayev, Ümid Paşayev və İbrahim Zeynalovun təhqirlərinə məruz qalıb. AFFA İntizam Komitəsi Fuad Rzayevi 20 oyunluq cəzalandırıb. Cəza müddəti başa çatanadək o, oyun zallarına buraxılmayacaq. Əliyev 5, Rüfər Rzayev, Paşayev və Zeynalov 4 oyunluq diskvalifikasiya olunub. “Baku Fire” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilib.
Hakimlər Komitəsinə isə matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat verməsi tapşırılıb.
Hakimlər Komitəsinə isə matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat verməsi tapşırılıb.
Oxşar yazılar

Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40