UEFA Serbiyanı cəzalandıracaq
UEFA Serbiya yığmasına intizam cəzası kəsmək niyyətində olduğunu açıqlayıb. Lent.az-ın məlumatına görə, səbəb İngiltərə ilə oktyabrın 16-da keçirilmiş gənclər arasında Avropa çempionatının seçmə oyunu zamanı serbiyalı azarkeşlərin irqçi şüarlar səsləndirmələridir.
Eyni zamanda ingiltərəli və serbiyalı oyunçulara qarşı özlərini ləyaqətsiz aparmaları ittihamı ilə araşdırma aparılacaq. UEFA İntizam Komissiyasında qalmaqallı oyunla bağlı dinləmələr noyabrın 22-də olacaq.
Qeyd edək ki, daha öncə Böyük Britaniyanın baş naziri Devid Kemeron İngiltərə yığmasındakı qaradərili futbolçuların ünvanına irqçi təhqirlərlə əlaqədar UEFA-nı Serbiyaya qarşı ciddi tədbirlər görməyə çağırıb. Ümumiyyətlə, serbiyalı futbolçular və fanatlar daim özlərini aqressiv aparırlar. Avropa Liqasının qrup mərhələsində “Neftçi” ilə oyun zamanı da bu ölkəni təmsil edən “Partizan”ın oyunçuları flaqmanın serbiyalı qapıçısı Saşa Stamenkoviçə hücum ediblər. Baş vermiş insidentlə əlaqədar “Neftçi” rəhbərliyi UEFA-ya şikayət edib.

Oxşar yazılar

"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı
16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı
16 avqust 2025 , 09:42