“Azəryol” idman kompleksinin açılışı olub
Lent.az-ın məlumatına görə, açılış mərasimində, Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov, gənclər və idman naziri Azad Rəhimov iştirak edib.
Əvvəlcə komplekslə tanışlıq keçirilib. Məlumat verilib ki, idman qurğusu 3 mərtəbəlidir və 2000 tamaşaçı tutumuna malikdir. Bu kompleksi Avropa Voleybol Konfederasiyası da bəyənib və yarışların keçirilməsi üçün məsləhət görüb. Burada Azərbaycan çempionatında iştirak edən “Azəryol”, “Azərreyl” və “Lokomotiv” komandaları öz oyunlarını keçirəcəklər.
Tədbirdə çıxış edən Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov deyib ki, kompleksin açılış mərasimi əlamətdar günə təsadüf edir. Z.Məmmədov 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib və onları ölkə başçısının adından salamlayıb. Federasiya prezidenti qeyd edib ki, voleybol kompleksinin açılması Azərbaycanda aparılan idman siyasətinin bir göstəricisidir.
Daha sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir bildirib ki, son illərdə Voleybol Federasiyası böyük inkişaf yolu keçib və yeni kompleks bu idman növünün daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Daha sonra komandalar meydana çıxıb və 7 komandanın iştirakı ilə voleybol üzrə Azərbaycan çempionatına start verilib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Qalatasaray" "Latsio" ilə bacarmadı
3 avqust 2025 , 00:56
Pep Qvardiola artıq futboldan sonrakı həyatını planlaşdırır - "Mən böyük investoram"
2 avqust 2025 , 19:55
Qadın hakim Yamalı oyundan əvvəl öpdü: reaksiyası
2 avqust 2025 , 18:03
“Barselona”nın oyunçuları öz kumirlərini açıqladılar - yalnız biri Messini seçdi
2 avqust 2025 , 16:57
Messinin saat kolleksiyasının bir hissəsi
2 avqust 2025 , 13:45
Ulduz futbolçu şəxsi təyyarəsi ilə Bodruma gəldi, sərvət xərclədi
2 avqust 2025 , 12:39
Ferqyusonun oyunçular üçün xüsusi müqavilə qaydası: Bu gün çox aktual olardı
2 avqust 2025 , 10:17