“Neftçi” Kazanda problemlə üzləşdi
Futbol üzrə Avropa Liqasında Rusiya “Rubin”i ilə oyun öncəsi məşqə çıxan “Neftçi” Kazan şəhər mərkəzi stadionunda problemlə üzləşib. Lent.az-ın məlumatına görə, Mərkəzi stadionun rəhbərliyi arenanın projektorlarından ikisini söndürərək, Azərbaycan klubunun süni işıqlandırma şəraitində məşq keçməsinə maneçilik törədib.
Bu zaman UEFA nümayəndəsi bunu öz fotoaparatına köçürüb. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransında məşqi jurnalistlərin sonadək izləməsinə icazə verdiyini desə də, arenanın mühafizəçiləri buna imkan verməyiblər. Öz növbəsində flaqman rəhbərliyi UEFA nümayəndəsinə şikayət edib. Bununla əlaqədar qitə futbol qurumunun “Rubin”i cəzalandıracağı gözlənilir.
Qeyd edək ki, oktyabrın 25-də məhz Kazan Mərkəzi stadionunda keçiriləcək “Rubin” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Elşən MƏMMƏDOV
Kazan

Oxşar yazılar

"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ
15 avqust 2025 , 19:56
Petr Çex 26 illik arvadından ayrıldı
15 avqust 2025 , 18:24
Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: "Qafqazda sözü tuturlar"
15 avqust 2025 , 16:28
Qadın hakimə toxunan iranlı futbolçu meydandan qovuldu
15 avqust 2025 , 14:02
“Messiyə dörd ildə təxminən 1400 iynə vurulub” – Uşaqlıq həkimi DANIŞDI
15 avqust 2025 , 11:36
Zinəddin Zidan “Qızıl top”u oğurlanan futbolçunun adını çəkdi
15 avqust 2025 , 09:52
Bundesliqada hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq
15 avqust 2025 , 05:38