Türkiyə - Azərbaycan matçında kütləvi dava
Türkiyə və Azərbaycanın reqbi üzrə milli komandaları arasında Antalyanın Kəmər qəsəbəsində keçirilmiş Avropa Millətlər Kuboku matçında dava düşüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, olay matçın 66-cı dəqiqəsində meydan sahibləri 53:3 hesabı ilə öndə olduqları vaxt baş verib.
İki komanda oyunçularının bir-birilərə qarşı sərt oynamaları toqquşmaya səbəb olub. Reqbiçilər arasındakı gərginlik tribunalara da sirayət edib. Yerli azarkeşlər millimizin üzvlərinin ünvanına müxtəlif kobud ifadələr səsləndiriblər. Bu isə bəzi azərbaycanlı reqbiçilərin təpkisi ilə qarşılanıb. Onlar tribunalara qalxaraq, azarkeşlərə hücum ediblər. Əsəblərinə hakim ola bilməyən təmsilçilərimizi komanda yoldaşları çətinliklə sakitləşdiriblər. Tribuna qarşısına gələn bir reqbiçimiz isə əli ilə fəxri tribuna önündəki pannonu vurub. Baş verənlərin ardından hakim oyunu dayandırıb.
Hadisə nəticəsində hər iki komandanın bəzi oyunçuları yüngül yaralanıb. Davanın daha böyük miqyas almasına elə yığma üzvləri imkan verməyiblər.
Türkiyə milli komandasının baş məşqçisi Neyl Dogerti əvvəllər heç vaxt belə bir gərginlik görmədiyini açıqlayıb.

Oxşar yazılar

“Beşiktaş” Avropa Liqasında Ardanın komandası ilə oynaya bilər
18 iyun 2025 , 15:36
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
18 iyun 2025 , 14:36
A seriyasında REKORD: Artetanın köməkçisi ən gənc baş məşqçi olacaq
18 iyun 2025 , 13:18
“Bavariya”nın oyunçusundan gələcəyi ilə bağlı QƏRAR
18 iyun 2025 , 09:23
“Fənərbaxça”nın prezidenti BAKIDA
17 iyun 2025 , 23:41
"Qarabağ" braziliyalı futbolçu transfer edir
17 iyun 2025 , 22:44
Braziliyalı futbol əfsanəsi Ronaldo və Messi arasında seçim etdi
17 iyun 2025 , 19:33