“Atletiko” “Odlar yurdu Azərbaycan”ı təqdim etdi - FOTO
01 dekabr 2012 18:24 (UTC +04:00)

“Atletiko” “Odlar yurdu Azərbaycan”ı təqdim etdi - FOTO

Dekabrın 1-də İspaniyanın “Atletiko” klubu ilə Azərbaycan arasında imzalanmış strateji müqavilənin təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Madriddəki “Visente Kalderon” stadionunun VİP zalında baş tutan tədbirə yerli klubun rəsmiləri ilə yanaşı, ölkəmizin İspaniyadakı səfiri Altay Əfəndiyev də qatılıb.

Öncədən “Atletiko”nun prezidenti Enrike Sereso Torresin də mərasimdə iştirak edəcəyi bildirilsə də, bu, baş verməyib. Əvəzində ötən ay Bakıya səfər etmiş baş direktor Migel Anxel Xilin başçılığı altında klubun digər rəsmiləri tədbirə gəliblər. Xil “Real Madrid”lə bu gecə İspaniya çempionatında vacib oyuna çıxacaqlarını xatırladaraq, klub və paytaxt sakinləri üçün əlamətdar günə toplaşanlara təşəkkür edib. O, “Atletiko”nun beynəlxalq əlaqələrini genişləndirmək üçün strateji planı çərçivəsində öz brendini inkişaf bazarlara təqdim etdiklərini söyləyib. Bu baxımdan, Xil Azərbaycanın da birgə tərəfdaşlıq üçün müəyyənləşdirildiyini diqqətə çatdırıb.

O deyib: “Anlaşmada “Atletiko”nun Azərbaycandan seçilmiş oyunçulardan ibarət komanda ilə yoldaşlıq görüşü keçirməsi, bu ölkədən gələn gənc futbolçuların hazırlanması, Bakıda klinikamızın açılması və AFFA-nın dəstəklədiyi digər fəaliyyətlər əksini tapıb”.

Xil onu da bildirib ki, qüvvəyə minən müqavilədə “Atletiko”nun bu gecə “Real Madrid”lə “Santyaqo Bernabeu” stadionunda keçirəcəyi İspaniya çempionatı matçına üzərində “Land of Fire Azerbaijan” (“Odlar yurdu Azərbaycan”) yazılmış forma ilə çıxması da nəzərdə tutulub. Ardından həmin forma İspaniyadakı səfirimizə təqdim olunub.

Qeyd edək ki, “Real Madrid” – “Atletiko” matçı Bakı vaxtı ilə saat 01:00-da başlanacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4659

Oxşar yazılar

Oyun zamanı baş məşqçi huşunu itirdi

Oyun zamanı baş məşqçi huşunu itirdi

3 may 2025 , 16:56
Alonsonu  o əvəzləyəcək

Alonsonu o əvəzləyəcək

3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik  SİMVOLU - ÇEMPİON "Traktor"

Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"

3 may 2025 , 10:45
"Hiyləgər plan"  uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi,  amma...

"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...

3 may 2025 , 09:50
"Traktor" İran çempionu  oldu: İLK DƏFƏ

"Traktor" İran çempionu oldu: İLK DƏFƏ

2 may 2025 , 22:12
 Qərarı qətidir:   “Mançester Siti”dən ayrılacaq

Qərarı qətidir: “Mançester Siti”dən ayrılacaq

2 may 2025 , 19:46
“Milan”ın baş məşqçi postuna  7 namizəd - SİYAHI

“Milan”ın baş məşqçi postuna 7 namizəd - SİYAHI

2 may 2025 , 17:57
1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir

1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir

2 may 2025 , 14:27