Azərbaycan çempionu sabah azadlığa çıxır
11 dekabr 2012 16:16 (UTC +04:00)

Azərbaycan çempionu sabah azadlığa çıxır

Gürcüstan milli komandasının və “Bakı” klubunun sabiq futbolçusu Georgi Demetradze dekabrın 12-də azadlığa buraxılacaq. Lent.az-ın məlumatına görə, Demetradze amnistiyaya düşüb.

Hazırda 36 yaşında olan eks-forvard 2011-ci ilin yazından həbsxanadadır. O, kriminal avtoritetlərlə əlaqədə və gizli totalizatorda iştirakda şübhəli bilinərək, 6 ilədək azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Georgi Demetradze son 10 ildə Gürcüstanın aparıcı klublarında, eləcə də “Feyenord” (Hollandiya), “Alaniya”, “Lokomotiv” (hər ikisi Rusiya), “Dinamo” Kiyev, “Metallurq” Donetsk, “Arsenal” (hamısı Ukrayna), “Real-Sosyedad” (İspaniya), “Makkabi” Təl-Əviv (İsrail) klublarında da forma geyinib. 2008-ci ilin sentyabrında “Bakı” ilə 2 illik müqavilə bağlayan gürcüstanlı forvard cəmi bir mövsüm sonra komandanı tərk edib. Demetradze 2009-cu ildə “zolaqlılar”ın heyətində Azərbaycan çempionu olub. O, həbs olunanadək Tsxinvalinin “Spartak” komandasında oynayıb.
# 2551

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51