Azərbaycan millisində oğul atanı əvəzlədi
11 dekabr 2012 17:47 (UTC +04:00)

Azərbaycan millisində oğul atanı əvəzlədi

Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində oğul atanı əvəzləyib. Lent.az-ın məlumatına görə, Əhməddin Rəcəbli baş məşqçinin köməkçisi vəzifəsindən istefa verib.

Onu isə yaxınlarda cüdoçu karyerasını başa vurmuş oğlu Elxan Rəcəbli əvəzləyib. E.Rəcəbli baş məşqçi İbrahim İbrahimova yardımçı olacaq.

Məlumatı Lent.az-a açıqlamasında Ə.Rəcəblinin özü də təsdiqləyib. O, yaşının çoxluğu ilə əlaqədar məşqçi fəaliyyətinə son qoyduğunu bildirib: “Artıq 68 yaşım var. Bu yaşda məşqçi kimi çalışmaq çətindir. Düzdür, yetirməm, ikiqat paralimpiya çempionu İlham Zəkiyevə məşqlərdə kömək edirəm. Amma indi elə yaşdayam ki, məşqçi kimi daim iş başında olmaq mənə çətindir. Ona görə də iki il öncə baş məşqçilikdən istefa verərək, köməkçi-məşqçi kimi çalışmağa başladım. Bu yaxınlarda isə məşqçilikdən də getdim. Əvəzində oğlum Elxan bu vəzifəyə təyin olundu”.

Ə.Rəcəbli oğlunun məşqçi kimi də özünü doğruldacağını bildirib.

Elşən MƏMMƏDOV
# 1295

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51