Rus futbolçu Messiyə meydan oxudu
11 dekabr 2012 17:49 (UTC +04:00)

Rus futbolçu Messiyə meydan oxudu

Ukraynanın “Dinamo” (Kiyev) klubunun və Rusiya milli komandasının sabiq futbolçusu Oleq Salenko maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, Salenko “Seqodnya.ua”ya müsahibəsində bildirib ki, Argentina yığmasının və İspaniya “Barselona”sının hücumçusu Lionel Messi ona məxsus rekordu heç vaxt təzələyə bilməyəcək.

Xatırladaq ki, Salenko 1994-cü il dünya çempionatında Rusiya yığmasının Kamerun üzərində 6:1 hesablı qələbə qazandığı matçda 5 qol vurub. İspaniyanın “Barselona” klubunda çıxış edən Messi isə 2012-ci ildə 86 qol vuraraq, almaniyalı futbolçu Herd Müllerə məxsus rekordu arxada qoyub. Salenkonun fikrincə, argentinalı hücumçu üçün 86 qol fantastika deyil: “Bu, həm Messi, həm də “Barselona”nın rekordudur. Lakin deməzdim ki, 86 qol fantastik göstəricidir. Bu, Lionelin sərgilədiyi oyun fonunda normal haldır. O, Müller kimi sadəcə, qol vurmur, rəqib komandanın yarısını keçərək, qol vurur. “Barselona” rəqibi bağlayır, o isə öz ağlasığmaz driblinq və sürəti hesabına boş zonalara soxulur. Messi hələ çox rekordu təzələyəcək. Gələn il 100 qol vursa, təəccüblənməyəcəyəm. Amma mənim rekordum – dünya çempionatının 1 oyunda 5 qol – hələ uzun müddət davam edəcək. Messi klubda və yığmada fərqli oynayır. Yığmada onun çox qol vurması alınmır, çünki orada ondan oyun qurucusu kimi yararlanırlar. Mənim rekordumu öz millisində ideal oynayan təmiz hücumçu qıra bilər. 2014-cü il dünya çempionatına yaxın kimin formada olacağını görərik”.

Qeyd edək ki, Lionel Messi Almaniya yığmasının və “Bavariya”nın futbolçusu Herd Müllerə məxsus rekordu 40 ildən sonra təzələyib.
# 2663

Oxşar yazılar

Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59