“İndi sonacan mübarizə aparırıq” - MÜSAHİBƏ
12 dekabr 2012 16:11 (UTC +04:00)

“İndi sonacan mübarizə aparırıq” - MÜSAHİBƏ

“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov “Neftçi” ilə dekabrın 14-də keçirəcəkləri Topaz Premyer Liqasının XVII tur matçı öncəsi Lent.az-a müsahibə verib:

- Komandanız bu mövsüm qeyri-sabit çıxış edir. “Neftçi” ilə görüş “Xəzər Lənkəran” üçün dönüş nöqtəsi ola bilər?

- Mən qeyri-sabit çıxış etdiyimizə dair fikirlərlə razı deyiləm. Düzdür, son 3 oyunda qələbə qazanmamışıq. Amma komandamızda mübarizə ruhu formalaşıb, futbolçular sonadək mübarizə aparırlar. Bunu son matçlarımızda da gördünüz. Məsələn, “Simurq”la səfər görüşündə hətta azlıqda qalmağımıza baxmayaraq, 2 topluq fərqi aradan qaldırdıq. Eyni sözləri “Bakı” ilə çempionat, “Turan”la kubok qarşılaşmaları barədə də demək olar.

- Əvvəlki matçlarda zədəli və cəzalı futbolçularınız olurdu. Qarşıdakı oyunda necə, cəzalı Ruslan Abışovdan savayı, hansı itki var?

- Xeyr. Artıq cəzalı və zədəli futbolçularımız da sıradadırlar. Onların oyuna nə dərəcədə hazır olduqlarına dair qərarı baş məşqçimiz verəcək.

- Bəs Abışovun yoxluğunu “Xəzər Lənkəran” üçün itki saymırsınız?

- Ruslan yaxşı futbolçudur, amma komandanın çıxışı bir oyunçudan asılı olmamalıdır. Fikrimcə, digər futbolçularımız onun yoxluğunu unutdura biləcəklər.

- Görüşü qonaq komanda azarkeşlərinin izləməsində problem olmayacaq?

- Bizim tərəfdən heç bir problem yoxdur. Gəlib oyunu izləyə bilərlər. Bunun üçün bütün lazımi tədbirlər görüləcək. Hazırda özüm də Lənkərandayam və oyun öncəsi hazırlıq işləri ilə məşğulam.

- Matça baş hakim qismində təyin olunan Fariz Yusifov ötən tur “İnter” – AZAL matçında kobud səhvi ilə yadda qalıb. Belə bir referinin təyinatına münasibətiniz necədir?

- Bizim üçün oyunumuza hansı referinin təyin olunması böyük önəm kəsb etmir. Əsas məsələ odur ki, obyektiv olsunlar. Yusifovun matçı lazımi səviyyədə idarə edəcəyini gözləyirik.

Elşən MƏMMƏDOV
# 797

Oxşar yazılar

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51
“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

5 may 2024 , 07:55