“Xəzər Lənkəran”ın stadionunun ot örtüyü öz-özünə düzələcək
“Xəzər Lənkəran” futbol klubunun ev oyunlarını keçirdiyi Lənkəran şəhər mərkəzi stadionu yaxın vaxtlarda təmirə bağlanmayacaq. Bu haqda Lent.az-a stadionun direktoru Höccət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, meydançanın ot örtüyünün arzuolunan vəziyyətdən uzaq olması yayda havaların əlverişsiz keçməsi ilə əlaqədardır: “Meydançamızın ot örtüyü Danimarka və Hollandiyadan gətirilən toxumlardan formalaşıb. Lənkəran subtropik iqlim qurşağında yerləşdiyi üçün rütubətli hava şəraiti meydançanın vəziyyətinə təsirsiz ötüşməyib. Amma təqribən 20 gündən sonra ot örtüyü qaydasına düşəcək”.
Hacıyev bildirib ki, “Xəzər Lənkəran” komandası yalnız oyunlarını stadionda keçirir. Məşqlər isə başqa meydançada reallaşdırılır. Əsas stadionun imkanlarından qonaq komanda oyuna bir gün qalmış yararlanır.
Qeyd edək ki, Lənkəran şəhər mərkəzi stadionu ot örtüyünün əlverişsiz vəziyyətə düşməsi üzündən indiyədək bir neçə dəfə təmirə bağlanılıb. Beynəlxalq oyunların keçirilməsinə də icazə alan meydançanın hazırkı vəziyyəti ürəkaçan deyil. Unibank Premyer Liqasının III turunda “Xəzər Lənkəran”la “İnter” arasındakı matçdan sonra qonaq komandanın baş məşqçisi Kaxaber Tsxadadze meydançanın ot örtüyündən şikayətlənib.

Oxşar yazılar

PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43