“Borussiya” və Almaniya yığması Ramin Musayevin təqvimini alt-üst etdi
0
0
Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qarabağ”ın avqustun 29-da “Bakı” ilə keçirməli olduğu görüşün başqa vaxtda təşkilinə qərar verib.
Amma qarşılaşmanın nə vaxt baş tutacağı məlum deyil. Təxirəsalmaya 2 səbəb göstərilib. Bunlardan biri “Qarabağ”ın avqustun 26-da Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə Avropa Liqasının “pley-off” mərhələsinin cavab görüşünə çıxmasıdır. Digər tərəfdən, Ağdam klubunun bir neçə oyunçusu Azərbaycan millisinin sentyabrın 7-də Almaniya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup matçının hazırlıq prosesinə cəlb olunacaq.
Qeyd edək ki, “Borussiya” ilə avqustun 19-da səfərdə keçirdiyi ilk oyun öncəsi “Qarabağ” – “Gəncə” matçı da təxirə salınıb. Bununla belə, “Qarabağ” Dotrmundda məhz öz oyunçularının kobud səhvləri nəticəsində böyük hesabla yenilib – 0:4.