Elnur Məmmədlidən etiraz
Beynəlxalq Cüdo Federasiyasının (İJF) qaydalarda etdiyi dəyişiklik narazılıqla qarşılanıb.
Bu haqda Lent.az-a cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli məlumat verib. İJF cüdo yarışı zamanı idmançılardan birinin digərin ayağından tutaraq, fənd tətbiq etməsinə qadağa qoyub. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olan Məmmədli isə bildirib ki, bu qərar aparıcı cüdoçuların etirazına səbəb olub: “Dünyanın aparıcı cudoçuları ayağa qalxıb. Etiraz yazmışıq. Bu qərar xüsusən, ayağa fənd tətbiq etməyi daha yaxşı bacaran Qafqaz idmançılarına ciddi zərbə vuracaq. Bu, 18 il öncə Azərbaycanın kiril əlifbasından latın qrafikasına keçməsinə bənzəyir. Həmin vaxt da çoxları yazıb-oxumaqla bağlı problemlə üzləşmişdilər”.
Elnur Məmmədli Pekin olimpiadasında 73 kq çəki dərəcəsində qızıl medal qazanıb. Cüdoçumuz görüşlərinin hamısını təmiz qələbə ilə başa vurub. O, əli ilə əksər rəqiblərinin ayağına fənd tətbiq edərək, ipponla qalib gəlib. Məmmədlinin fikrincə, yeni qaydalara uyğunlaşmaq üçün ona bir müddət vaxt lazım gələcək: “Müntəzəm olaraq, bir neçə təlim-məşq toplantısında iştirak etməliyəm ki, yeni qaydalara uyğunlaşım. Bu yaxınlarda Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində digər cüdoçularımız da məhz bu səbəbdən, medalsız qaldılar. Hətta mənə zarafatla deyirlər ki, qaydaları sənə görə dəyişdiriblər”.
Elşən

Oxşar yazılar

PSJ finalda “İnter”ə rəqib oldu
8 may 2025 , 01:01
Sözümü tutacam və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəyəm - Yamal
7 may 2025 , 19:46
"Barselona" Çempionlar Liqasında 12 il sonra 7 qol buraxdı
7 may 2025 , 11:02
Səudiyyə nəhəngindən “Mançester Yunayted”in lideri üçün rekord məbləğ
7 may 2025 , 09:37
“İnter” “Barselona”nı məğlub edib finala çıxdı
7 may 2025 , 01:43
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46