İlhan Mansız fiqurlu konkisürən oldu
27 avqust 2010 15:08 (UTC +04:00)

İlhan Mansız fiqurlu konkisürən oldu

Lent.az-ın “laola1.at” saytına istinadən verdiyi məlumata görə, 2002-ci il dünya çempionatında parlaq çıxışı ilə yaddaşlarda qalan Mansız fiqurlu konkisürmə növündə çıxış etmək niyyətindədir.

35 yaşlı futbolçu Türkiyədə buz şousuna qatıldıqdan sonra belə qərar qəbul edib. Yayda slovakiyalı qadın tərəfdaşı Olqa Bestandiqova ilə birgə məşqlərə başlayan Mansız qoşa konkisürmədə qüvvəsini sınayır. O, hətta qarşısına Soçi olimpiadasına lisenziya qazanmaq kimi kifayət qədər ambisiyalı məqsəd qoyub.

Qeyd edək ki, İlhan Mansız 2006-cı ildə üzləşdiyi avtomobil qəzasından sonra futbolçu karyerasına son qoyub. Ardından o, özünü teleaparıcı kimi sınayıb, fotosessiya və reklam çarxlarına çəkilib. Yenidən peşəkar futbola qayıtmaq istəyən Mansız 2009-cu ildə Almaniyanın “Münhen-1860” klubu ilə müqavilə bağlasa da, uğur qazana bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar