Əzəli rəqiblər şərik oldu
Lent.az-ın məlumatına görə, hesabat turunda 6 qarşılaşmadan 5-i baş tutub.
Buna “Qarabağ” – “Bakı” matçının təxirə salınması səbəb olub. Görüşlərin 3-də heç-heçə qeydə alınıb. İlk 4 pillədə qərarlaşan və bərabər xallara malik komandaların “Şəfa” stadionuna təsadüf edən oyunlarında isə eyni hal baş verməyib. “Neftçi” “İnter”lə matçda inamlı qələbə qazanıb. Flaqmanın qollarından birini yenə özbəkistanlı hücumçu Bahodir Nasimov vurub. Bununla da komandasının bütün oyunlarında fəqlənən Nasimov aktivindəki qolların sayını 6-ya çatdırıb və vahid liderliyini davam etdirib.
Amma “Neftçi” vahid liderə çevrilə bilməyib. Çünki “Xəzər Lənkəran” da turu qələbə ilə başa vurub. AZAL-la qarşılaşan baş məşqçi Mirça Rednikin komandası istəyinə əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə çatıb. Elvin Begirinin cərimə zərbəsindən qapı qarşısına ötürməsi heç kimə toxunmadan AZAL-ın qapı toruna daxil olub.
Əvvəlki 3 matçında məğlub olan “Qəbələ” öz meydançasında MOİK-i yenə bilməyib. Komandalar meydançanı qolsuz tərk ediblər. Bununla da “Qəbələ” çempionatda ilk xalını qazanıb. Eyni zamanda, Unibank Premyer Liqasında xalsız komanda qalmayıb.
“Gəncə” yenə heç-heçə əldə edərək, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Baş məşqçi Fuad İsmayılovun komandası bu dəfə Salyanda “Muğan” üzərində qələbəni son anda əldən verib. “Simurq”la “Turan” arasındakı qarşılaşmada 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
29 avqust
“Qəbələ” – MOİK (Bakı) – 0:0
AZAL (Bakı) – “Xəzər Lənkəran” – 0:1
Elvin Begiri, 90+2
28 avqust
“Simurq” (Zaqatala) – “Turan” (Tovuz) – 2:2
Baçana Tsxadadze, 56. Yasin Abbasov, 61 – Georgi Modebadze, 51; 86
“Muğan” (Salyan) – “Gəncə” – 1:1
Reis Klaudinei, 90+2 – Samir Zərgərov, 30
“İnter” (Bakı) – “Neftçi” (Bakı) – 0:2
Bahodir Nasimov, 33 - Flavinyo, 50-penalti ilə.
1. “Neftçi” – 10 xal
2. “Xəzər Lənkəran” – 10
3. “İnter” – 7
4. AZAL – 7
5. “Muğan” – 5
6. “Qarabağ” – 4 (2 oyuna)
7. MOİK – 4
8. “Gəncə” – 3 (3)
9. “Bakı” – 3 (3)
10. “Turan” – 2
11. “Simurq” – 2
12. “Qəbələ” – 1.
Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 5, Jaba (“Bakı”) – 3 qol.

Oxşar yazılar

Əşrəf Hakiminin top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26