AFFA daha bir qalmaqallı oyunla bağlı cərimələr yağdırdı
06 aprel 2010 10:30 (UTC +04:00)

AFFA daha bir qalmaqallı oyunla bağlı cərimələr yağdırdı

0
AFFA İntizam Komitəsi Unibank Premyer Liqasının XXVI turunda “Neftçi” və “Qəbələ” komandaları arasında keçirilmiş matçda baş verən qalmaqalla bağlı cəza tədbirləri görüb.


Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu oyunda yaşanan xoşagəlməz olaylar hər iki kluba ümumilikdə 7 min manat cərimə tətbiq edilib.


Qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Qəbələ” 1000 manat cərimə olunub. 63-cü dəqiqədə meydançaya kənar əşya atıldığı üçün “Neftçi” 2000 manat ziyana düşüb. Oyun bitdikdən sonra bir-birini vurduğuna görə “flaqman”ın kapitanı Rail Məlikovla “Qəbələ”nin oyunçusu Revaz Getsadze 2 oyunluq cəzalandırılıb. Klublar isə daha 2000 manat cərimələnib.


Futbolçulara verilmiş cəzanın yarısı şərti tətbiq ediləcək. Yəni cəzalı oyunçu 6 ay müddətində qayda pozuntusuna yol verərlərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik bərpa olunacaq və yeni sanksiya əvvəlki sanksiyaya tam əlavə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 969

Oxşar yazılar