Fernando Moryentes futboldan getdi
Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, yayda Fransa “Marsel”ini tərk etdikdən sonra 34 yaşlı hücumçuya Qətər, Meksika, BƏƏ və Portuqaliya “Sportinq”indən dəvət gəlib.
Lakin Moryentes həmin təkliflərin hamısını rədd edib: “17 il ərzində yüksək səviyyəli komandalarda çıxış etdikdən sonra futbolla qurtarmağın vaxtı olduğunu anladım. Bu qərarı qəbul etmək mənim üçün asan olmadı və onun üzərində 3 ay düşündüm. İndi mən ailəmə daha çox vaxt ayırmalıyam”.
Qeyd edək ki, Fernando Moryentes karyerası ərzində İspaniyanın “Albasete” (1993 – 1995), “Saraqosa” (1995 – 1997), “Real” (1997 – 2005), “Valensiya” (2006 – 2009), İngiltərənin “Liverpul” (2005-2006), Fransanın “Marsel” (2009-2010), habelə icarə əsasında “Monako”da (2003-2004) çıxış edib. 1998 – 2007-ci illərdə İspaniya yığmasına da cəlb olunan Moryentes 47 matçda 27 qol vurub.

Oxşar yazılar

"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21
“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45