Dünya çempionatı: Forlan vuvuzelaları ağlatdı
Cənubi Afrika Respublikasında (CAR) davam edən futbol üzrə dünya çempionatında II tura start verilib.
Lent.az-ın məlumatına görə, Yohannesburq şəhərindəki “Ellis Park” stadionunda təşkilatçı ölkə yığması ilə Uruqvay qarşılaşıb.
İsveçrəli baş hakim Massimo Busakkanın idarə etdiyi qarşılaşma cənubi amerikalıların böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0. Qollardan ikisini vuran Dieqo Forlan mundialda ilk “dubl”un müəllifi olub. O, ilk qoluna 24-cü dəqiqədə imza atıb. 76-cı dəqiqədə isə CAR-ın qapıçısı İtumelenq Xune öz komandasının cərimə meydançasında Uruqvay yığmasının hücumçusu Luis Suaresə qarşı kobudluq etdiyi üçün meydançadan qovulub. Üstəlik təşkilatçı ölkə millisinin qapısına penalti təyin olunub. Forlan bu imkanı qaçırmayıb.
Azlıqda qalan baş məşqçi Karlos Alberto Pareyranın komandasını oyuna əlavə olunan 5-ci dəqiqədə qapısında 3-cü topu görüb. Bu dəfə Alvaro Pereyra fərqlənib.
Beləliklə, Uruqvay yığması xallarını 4-ə çatdıraraq, A qrupunda liderliyə yüksəlib. II turun digər oyunu iyunun 17-də Fransa və Meksika arasında keçiriləcək. Polokvane şəhərindəki “Peter Mokaba stadionunda Bakı vaxtı ilə saat 23:30-da başlanacaq görüşü Xəlil əl-Həmdi (Səudiyyə Ərəbistanı) idarə edəcək.

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27
"Barselona"nın transfer pəncərəsi bağlanana qədər dörd problemi var, çünki...
16 iyul 2025 , 16:47
Ronaldoya yalnız seçilmiş oyunlarda oynamaq icazəsi verildi
16 iyul 2025 , 14:50
6 futbolçu "Mançester Siti"ni tərk edir
16 iyul 2025 , 12:24