“Bakı” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib
08 iyun 2010 10:30 (UTC +04:00)

“Bakı” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib

0
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Bakı” klubunun baş məşqçinin adı dəqiqləşib. Apasport.az saytının xəbərinə görə, ölkə kubokunun son qalibini serbiyalı mütəxəssis Bojidar Bandoviç çalışdıracaq. Artıq paytaxtımızda olan məşqçinin son iş yeri Yunanıstan “Olimpiakos”u olub. Bandoviç futbolçu kimi, PAOK, “Paniliakos” və “Olimpiakos” klubların formasını geyinib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 649

Oxşar yazılar