FİFA dünya çempionatının finalçılarını cəzalandırdı
İspaniya və Hollandiya milli komandaları futbol üzrə dünya çempionatının final matçında oyunçularının intizamsız hərəkətləri ilə əlaqədar cərimələnib.
Lent.az-ın məlumatına görə, Hollandiya Futbol Federasiyası 15 min İsveçrə frankı (14480 dollar), İspaniya Futbol Federasiyası isə 10 min İsveçrə frankı (9650 dollar) məbləğində ziyana düşüb.
Qərarı FİFA İntizam Komitəsi çıxarıb. İyulun 11-də keçirilmiş final qarşılaşmasında Hollandiya yığmasının 8 oyunçusu sarı vərəqə alıb. Onlardan Con Heytinqa 2 dəfə sarı vərəqə ilə cəzalandırıldığı üçün meydançadan qovulub. İspaniya millisinin heyətində isə 5 futbolçu sarı vərəqə alıb. FİFA qaydalarına əsasən, 5 və daha çox oyunçusu sarı vərəqə alan milli komandaya cərimə kəsilir.
Qeyd edək ki, ingiltərəli baş hakim Hovard Uebbin idarə etdiyi qarşılaşma İspaniyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə topu əlavə vaxtda məhz Con Heytinqanın meydançadan qovulmasından sonra Andres İnyesta vurub.

Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59