AFFA “Qarabağ”ın azarkeşlərinə pulsuz bilet paylayacaq
0
0
AFFA rəhbərliyi Ağdamın “Qarabağ” klubunun Almaniyanın Dortmund şəhərində “Borussiya” komandası ilə keçirəcəyi Avropa Liqasının “pley-off” mərhələsinin ilk matçı üçün 300 bilet alıb.
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, federasiya rəsmiləri “Signal İduna Park” stadionunda “Qarabağ”a dəstək olmaq istəyən 300-ə qədər həmyerlimizin müraciətini nəzərə alıb.
Biletlər Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrə və digər həmyerlilərimizə pulsuz paylanacaq.
Qeyd edək ki, “Borussiya” və “Qarabağ” arasındakı ilk matç avqustun 19-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 00:05-də) başlanacaq. Cavab görüşü bundan bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.