Azad Rəhimov: “Belə yığmanın olmasındansa, heç olmaması yaxşıdır”
Belə çıxış etməkdənsə, məncə, komandanın ləğvi düzgün addım idi”. Lent.az-ın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov sentyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.
Lakin nazirin fikrincə, qadın futbolu üzrə Azərbaycan milli komandasının ləğvi haqda qərar heç də qadın futbolunun tamamilə ləğvi anlamına gəlməməlidir: “2012-ci ildə Bakı şəhəri 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi edəcək. Sözsüz ki, bu çempionatda iştirak etmək üçün komandamız olmalıdır. Gənc futbolçularımız var. Almaniyadan gələn məşqçi Sissi Rayt rayonlarda da olub və seleksiya aparıb. Çox maraqlı faktdır ki, o, Şirvan rayonunda 12-13 yaşlı istedadlı qız aşkarlayıb. Hətta o dərəcədə istedadlıdır ki, almaniyalı mütəxəssis onu özü ilə vətəninə aparmaq istəyib. Deyərdim ki, Pele, Maradona qədər istedadlıdır. Seçim prosesinə xeyli qızın gəlişinə və valideynlərin onların qadın futbolu ilə məşğul olmasına etiraz etmədiyinə çox sevinirik”.
Qadın futbolunda perspektivin olduğuna inanan Rəhimov hazırkı yığmanın olmasındansa heç olmamasını daha münasib sayıb.

Oxşar yazılar

Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21
“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04