Millimizdən növbəti biabırçı məğlubiyyət
Futbol üzrə Azərbaycan milli komandası 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində mübarizəyə böyük hesablı məğlubiyyətlə başlayıb. Lent.az-ın məlumatına görə, yığmamız səfərdə Almaniyaya 1:6 hesabı ilə uduzub.
Köln şəhərindəki “Reynenergiştadion”da keçirilən matçda komandamız son iki dünya çempionatının bürünc mükafatçıları qarşısında cəmi 27 dəqiqə duruş gətirə bilib. 7-ci dəqiqədə Vaqif Cavadovun göz nahiyəsindən zədələdiyi Per Mertezakerin əvəzinə meydançaya daxil olan Heyko Vestermann bundan 20 dəqiqə sonra qol vurub. O, komandamızın cərimə meydançası daxilində nəzarətsiz buraxılıb və fürsətdən yararlanaraq, topu Kamran Ağayevin qoruduğu qapıdan keçirib. 45-ci dəqiqədə yığmamızın müdafiə xəttindəki boşluqlardan Lukas Podolski yararlanıb. İlk yarıya əlavə olunan 2-ci dəqiqədə növbə Miroslav Klozeyə çatıb.
Millimizin müdafiəçiləri “uşaq səhvləri”ni ikinci yarıda da davam etdiriblər. 53-cü dəqiqədə kapitan Rəşad Sadıqov topu öz komandasının qapısına göndərib. Futbolçularımız rəqiblərin qapısının yerini bundan 4 dəqiqə sonra dəqiq müəyyənləşdirə biliblər. Vaqif Cavadovun yerinə yetirdiyi künc zərbəsindən sonra Rail Məlikov topu başla Bundestimin qapısından keçirib.
Lakin Almaniya millisi oyuna nəzarəti əldən verməyib. Əksinə, matçın sonlarında Bundestim daha 2 qol vurub. 86-cı dəqiqədə Holger Badştuber fərqlənib. 90+2-ci dəqiqədə isə Miroslav Kloze “dubl” edib.
Beləliklə, Azərbaycan millisi baş məşqçi Berti Foqtsun rəhbərliyi altında ikinci dəfə qapısından 6 top buraxıb. Bundan öncə yığmamız 2009-cu il iyunun 9-da Bakıda baş tutan yoldaşlıq görüşündə İspaniyaya yenilib – 0:6. Amma Foqts rəsmi matçlarda ilk dəfə komandamıza 1:6 hesablı məğlubiyyət acısı yaşadıb. Bununla da almaniyalı mütəxəssisin öz həmyerliləri ilə oyun ərəfəsində təşkil etdiyi bir neçə təlim-məşq toplantısının effektsizliyi üzə çıxıb.

Oxşar yazılar

İbrahimoviç mənfi enerjidən xilas olmaq üçün görün nə etdi
7 avqust 2025 , 09:23
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk turu - NƏTİCƏLƏR
7 avqust 2025 , 01:06
"Barselona"nın futbolçusunun La Liqa və klub tarixində ən bahalı forması
6 avqust 2025 , 19:16
Zidan məşqçi postuna qayıtmağa çox yaxındır: Artıq hər şey qərara alınıb
6 avqust 2025 , 16:28
Yamalın yeni sevgi romanı: yenidən yaşlı bir qızla
6 avqust 2025 , 14:59
"Çelsi"də daha bir təmizlənmə: Doqquz oyunçu əsas komandadan çıxarıldı
6 avqust 2025 , 13:17
Mauro İkardinin təəccüblü göyərçin hekayəsi
6 avqust 2025 , 11:18