Bakıda daha bir idman mərkəzi açıldı –
Sentyabrın 18-də Bakı şəhəri Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində tikilən İdman-Sağlamlıq Mərkəzinin açılışq mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və idmançılardan əlavə, gənclər və idman naziri Azad Rəhimov, Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da iştirak edib.
Azad Rəhimov açılışı bildirən rəmzi lenti kəsdikdən sonra mərkəzlə tanışlıq başlanıb. 0,5 hektar ərazidə yerləşən idman qurğusunun tikintisinə 2007-ci ilin dekabrında başlanılıb. 2 mərtəbəli binada güləş zalı, trenajor qurğuları, duş kabinələri, məşqçi, müdiriyyət, həkim otaqları, mərkəzin ərazisində isə asfalt örtüklü mini-futbol meydançası mövcuddur. Ümumi tanışlıqdan sonra çıxış edən nazir mərkəzin qəsəbə sakinləri üçün əhəmiyyətindən danışıb. O, İdman Sağlamlıq Mərkəzində Avropa dünya və olimpiya çempionlarının yetişməsi üçün gənclər və idman naziri kimi lazımi köməklik göstərəcəyinə söz verib.
Süleyman Mikayılov isə mərkəzin qapılarının hər kəsin üzünə açıq olacağını və çempionların yetişəcəyinə inandığını vurğulayıb.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Azad Rəhimov belə idman qurğularının ölkəmizin ayrı-ayrı bölgələrindən əlavə, Bakının Pirallahı, Nardaran, Müşfiqabad, Pirşağı, Kürdəxanı, Binə, Balaxanı kimi qəsəbələrində də mövcud olduğunu bildirib: “Biz bu gün çalışırıq ki, qəsəbələrdə də gənclərimiz, sakinlərimizin də idmanla məşğuliyyət imkanları olsun. Yəni, uzaq məsafələrə idman komplekslərinə, zallara getməsinlər. Elə öz qəsəbələrində, öz kəndlərində idmanla məşğul ola bilsinlər. Aparılan işlərin ən üstün, ən gözəl cəhəti də bundan ibarətdir”.
Elşən Məmmədov

Oxşar yazılar

Səudiyyəlilər “Real”ın oyunçusu üçün 350 milyon ödəməyə hazırdırlar və bu Vinisius deyil
13 avqust 2025 , 19:11
Ölkə çempionu olan futbolçu narkotik satırmış: həbs olundu
13 avqust 2025 , 17:00
Qurban Qurbanova qəribə irad -VİDEO
13 avqust 2025 , 14:19
Balotelli 35 yaşında: İndi “Real”da oynamaq istəyir, “Barselona” üçün darıxır və nəyə görə peşmandır
13 avqust 2025 , 12:36
Hazırda dünyanın ən bahalı oyunçuları: La Liqa üstündür
13 avqust 2025 , 09:52
Donnarumma “Mançester Siti”yə keçir
13 avqust 2025 , 06:18
Armand Duplantis 13-cü dünya rekordunu qırdı
13 avqust 2025 , 03:37