Bahodir Nasimov: “Məqsədim hər oyunda qol vurmaqdır”
Lent.az-ın məlumatına görə, bu fikirləri avqust ayında Unibank Premyer Liqasının ən yaxşı futbolçusu seçilən “Neftçi”nin özbəkistanlı hücumçusu Bahodir Nasimov deyib.
23 yaşlı forvard daha bir mükafatı mövsümün sonunda “Neftçi” ilə ölkə çempionu adını qazandıqdan sonra əldə etmək istədiyini bildirib. Onun hazırkı hədəfi isə hər oyunda qol vuraraq, komandasının qələbəsinə töhfə verməkdən ibarətdir: “Mən hücumçuyam, işim isə qol vurmaqdır. Ona görə də hər matçda fərqlənərək, komandamız qələbəsinə töhfə vermək istəyirəm. Hədəfim də məhz bundan ibarətdir”.
“Xəzər Lənkəran”la sentyabrın 25-də keçirəcəkləri qarşılaşma haqda danışan Nasimov oyuna ciddi hazırlaşdıqlarını söyləyib. O, rəqibin AZAL-la oyununu izlədiyini və həmin matçda “Xəzər Lənkəran”ın son dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəldiyini xatırladıb. Özbəkistanlı hücumçu “Neftçi”dən əlavə, “Xəzər Lənkəran”ı da çempionluğa şanslı komandalardan sayıb. O, eyni zamanda “İnter” və “Qarabağ”ın da adını bu sırada çəkib.
Flaqmanın hücum xəttində təkcə Belçika millisinin forvardı Emil Mpenza deyil, daha 2-3 səviyyəli oyunçunun yer aldığını bildirən Nasimov onlarla rəqabəti özü üçün yaxşı hal sayıb. Onun fikrincə, bu, əsas heyətə düşmək üçün vacibdir.
Flaqmanın baş məşqçisi Arif Əsədov isə bildirib ki, Nasimov haqda yalnız xoş sözlər deyə bilər: “Bahodir həm oyunçu, həm də insan kimi yalnız xoş sözlərə layiqdir. Belə səviyyəli legionerlər nə qədər çox olarsa, çempionatımızın səviyyəsi də o qədər yüksələr”.
“Unibank” rəsmisi Ramin Vəliyev “Neftçi”nin hücumçusunun jurnalistlərin 90 faizinin səsini almasını rekord göstərici adlandırıb. O, Nasimovun sentyabrda da ən yaxşı oyunçu seçilməsinin real olduğunu vurğulayıb. Vəliyevin sözlərinə görə, bu, baş versə, özbəkistanlı forvard ardıcıl iki ayın ən güclüsü seçilən ilk futbolçu olacaq.
Qeyd edək ki, Bahodir Nasimova Peşəkar Futbol Liqası tərəfindən hədiyyələr, çempionatın baş sponsoru olan “Unibank”dan isə 1111 manat pul mükafatı təqdim olunub.

Oxşar yazılar

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39