“Xəzər Lənkəran” daha bir futbolçusunu Türkiyəyə göndərir
Bu haqda Lent.az-a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, ötən tur “Muğan”la görüşdə yarımmüdafiəçi Dieqo de Souza zədələnib. Meydançanı xərəkdə tərk edən braziliyalı futbolçu 72-ci dəqiqədə yerini Kristian Kabrala buraxıb. “Sambaçı” gələn həftə Türkiyənin Acıbedem xəstəxanasına ortopediya travmatologiyası və idman zədələri mütəxəssisi, professor doktor Ömər Taşərin yanına müayinəyə göndəriləcək.
Qeyd edək ki, Ömər Taşər ötən həftə “Xəzər Lənkəran”ın müdafiəçisi David İmedaşvilini dizindən əməliyyat edib. Hazırda bərpa dövrü keçən gürcüstanlı futbolçu da “Neftçi” ilə sentyabrın 25-də keçiriləcək görüşü buraxacaq.
Elşən

Oxşar yazılar

“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı
16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı
16 avqust 2025 , 09:42
"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ
15 avqust 2025 , 19:56
Petr Çex 26 illik arvadından ayrıldı
15 avqust 2025 , 18:24