Joze Mourinyo Kakanı “Real”dan qovur
Lent.az-ın “Panorama” nəşrinə istinadən verdiyi məlumata görə, braziliyalı pleymekerin keçidinin qış transfer dövründə reallaşacağı gözlənilir.
“İnter”lə “Real”ın artıq bir neçə aydır ki, yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar apardığı bildirilir. “Kral klubu”nun baş məşqçisi Joze Mourinyo “neradzurri”nin prezidenti Massimo Moratti ilə söhbətində 65 milyon avroya alınan Kakanın “Milan”dakı oyunu sərgiləmədiyini etiraf edib. Moratti isə 28 yaşlı “sambaçı”nı İtaliya çempionatına gətirmək istədiyini söyləyib. Onun fikrincə, Kaka “İnter”ə ardıcıl ikinci dəfə ölkə birinciliyinin və Çempionlar Liqasının qalibi olmaqda kömək edə bilər. “Göy-qaralar” ulduz futbolçunu əvvəlcə yarım illik icarəyə götürmək, sonra isə onu 25 milyon avro qarşılığında birdəfəlik transfer etmək niyyətindədirlər. Eyni qayda ilə hücumçu Zlatan İbrahimoviç “Barselona”dan “Milan”a keçib.
“Rossonyerlər” də Kakanı qaytarmaq variantını istisna etmirlər. “Milan”ın vitse-prezidenti Adriano Qalliani “sambaçı”nı həmyerlisi, ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun istədiyi Ronaldinyoya əvəz kimi görür.

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11