Qus Hiddink 10 futbolçunu Türkiyə yığmasından qovdu
Lent.az-ın “Fanatik” qəzetinə istinadən verdiyi məlumata görə, “ay-ulduzlular”ın noyabrın 17-də Amsterdamda Hollandiya ilə keçirəcəyi yoldaşlıq görüşünə hazırkı heyətdən 10-a yaxın futbolçu çağırılmayacaq.
Bununla da Hiddink son illərin ən ciddi islahatını aparmağa qərar verib. O, öz klublarında əsas heyətə düşə bilməyən oyunçuları milliyə çağırmayacaq. Əvəzində baş məşqçi həmyerliləri ilə qarşılaşmada daha gənc və klublarında daha çox oynama şansı olan istedadlı futbolçulara şans verəcək.
Hollandiyalı mütəxəssis bu mövsüm ehtiyat oyunçular skamyasında “pas atan” Tuncay Şanlı və Nihat Kahveçi başda olmaqla, Hakan Balta, Halil Altıntop, Özər Hurmacı, Sabri Sarıoğlu, Sercan Yıldırım və Semih Şəntürkü qarşıdakı oyuna dəvət etməyəcək. Hiddink bu oyunçuların öz klublarında əsas heyət üzvünə çevriləcəyi anadək qərarından dönməyəcək. 64 yaşlı mütəxəssisin arxa çevirdiyi oyunçular arzulanan formaya düşsələr, 29 mart 2011-ci ildə Türkiyə millisinin Avstriya ilə keçirəcəyi rəsmi matça dəvət ala bilərlər.
Qeyd edək ki, Türkiyə millisi Almaniyaya 0:3, Azərbaycana isə 0:1 hesabı ilə uduzub.

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11