“Əvvəlki səhvləri təkrarlamayacağıq”
Hamı bu görüşün vacib olduğunu anlayır. Çünki “Qarabağ” “Bakı”nı məğlub etməklə turnir cədvəlində bizə daha da yaxınlaşıb. “Gəncə” ilə qarşılaşmada 3 xal qazanmaqla turnir cədvəlinin zirvəsində daha da möhkəmlənə bilərik”.
Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi” klubunun futbolçusu İqor Mitreski klubun rəsmi saytına açıqlamasında deyib.
Makedoniya yığmasında da çıxış edən müdafiəçi “Neftçi”nin oktyabrın 23-də Unibank Premyer Liqasının X turu çərçivəsində “Gəncə” ilə keçirəcəyi oyuna qələbə üçün çıxacaqlarını bildirib. O, “Turan”la əvvəlki qarşılaşmada buraxdıqları səhvləri təkrarlamayacaqlarını söyləyib: “Klubda əla atmosfer var. Ümid edirəm ki, özümüzü toparlayıb “Gəncə”ni məğlub edəcəyik. Əsas odur ki, ötən oyunda buraxdığımız səhvləri təkrarlamayaq. Yeri gəlmişkən, “Turan”la görüşdə meydançanın bərbad vəziyyətdə olması oyunumuza təsirsiz ötüşmədi. Lakin keçmişi unudub irəli baxmalıyıq”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Gəncə” matçı saat 17:00-da başlanacaq.

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02