Samir Zərgərov sentyabrın ən yaxşı futbolçusu seçildi
26 oktyabr 2010 16:35 (UTC +04:00)

Samir Zərgərov sentyabrın ən yaxşı futbolçusu seçildi

Lent.az-ın məlumatına görə, klubların baş məşqçiləri, kapitanları və idman jurnalistlər arasında keçirilən sorğuya əsasən “Gəncə”nin 24 yaşlı futbolçusu Samir Zərgərov keçən ayın “ən yaxşısı” seçilib. Sorğuda 12 klub nümayəndələri və 32 media işçisi iştirak edib.

Nümayiş etdirdiyi oyuna və məhsuldarlığına görə onun namizədliyini sorğuda iştirak edənlərin 30 faizi dəstəkləyib.

Sentyabrın ən yaxşı futbolçusu seçilən Samir Zərgərova Peşəkar Futbol Liqası tərəfdən qiymətli hədiyyələr və 1111 manat pul mükafatı təqdim olunub.

Elşən Məımmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar