Maradona məşhur ilbizin ölümünə sevindi
27 oktyabr 2010 16:31 (UTC +04:00)

Maradona məşhur ilbizin ölümünə sevindi

Argentina yığmasının sabiq baş məşqçisi, əfsanəvi futbolçu Diyeqo Maradona Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə son dünya çempionatında Almaniyanın oyunlarının nəticələrini düzgün proqnozlaşdıran, çempionatın qalibi və bürünc mükafatçısını düzgün tapan məşhur 8 ayaqlı ilbiz “Paul”un ölüm xəbərini eşidəndə çox sevinib.

Lent.az-ın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, Diyeqo Maradona deyib ki, dünya çempionatında Argentinanın Almaniyaya uduzmasının və Argentinanın dünya çempionu olmamasının əsas günahkarı məhz Pauldur.

Qeyd edək ki, Almaniyanın Oberhauzen şəhərindəki “Zeelayf” akvariumunda yaşayan “Paul” ¼ finalda Argentinanın Almaniyaya uduzacağını da öncədən düzgün proqnozlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar