Udan da narazıdır, uduzan da
Lent.az-ın məlumatına görə, görüşsonrası mətbuat konfransında Lənkəran komandasının baş məşqçisi Mirça Rednik Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün və oyunun keyfiyyətindən narazılığını bildirib.
Bununla belə, rumıniyalı mütəxəssis futbolçuların meydançada apardıqları mübarizədən razı qalıb: “Qarabağ” Azərbaycanın ən güclü komandalarından biridir. Yaxşı futbolçuları və baş məşqçisi var. Bugünkü oyun gərgin oldu. Meydanın vəziyyəti yaxşı deyildi. Baxımlı oyun izləməsək də, futbolçular meydanda mübarizə apardı”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə bəxtlərinin gətirmədiyi qənaətindədir: “Bugünkü oyun ağır oldu. Komandalar meydanda sonadək mübarizə apardı. Qapımıza bir zərbə vuruldu, o da qol oldu. Şansımız gətirmədi, oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi. Lənkərandakı oyun daha maraqlı olacaq”.
Qurbanov, həmçinin hücumçu Vüqar Nadirovun oyunundan narazılıq ifadə edib. Onun fikrincə, Nadirovun oyununda gündən-günə geriləmə müşahidə olunur: “Bu gün oyunun gedişində dəyişiklik edəcəyinə inanırdım, amma əksinə, gündən-günə oyununda geriləmə var”.
Qeyd edək ki, yeganə topu 66-cı dəqiqədə Konstantin Arbanas vurub.

Oxşar yazılar

“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50