Baş məşqçi hakimin əlini öpdü - FOTO
0
0
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Kasımpaşa”nın baş məşqçisi Yılmaz Vural oyunun baş hakimi Bülənt Yıldırımın əlini öpüb. Təcrübəli məşqçi daha sonra jurnalistlərlə görüşündə hərəkətinə aydınlıq gətirib: “Mən onun yanağını öpəcəkdim, əlini tapdım. Onlar bizim qardaşlarımızdı, oyun bitib və olan da olub. Oyunun nəticəsinə görə hakimləri təbrik etmək istəyirdim. Əlini qaldırdığına görə əlini öpmək məcburiyyətində qaldım. Bizim hakimlərimiz əli öpüləsi adamlardır”.
Qeyd edək ki, oyun “Beşiktaş”ın meydanında keçirilib və 1:1 hesablı bərabərlik qeydə alınıb. “Beşiktaş” məğlubiyyətdən son anda qurtulub. Oyunda xeyli hakim xətaları da baş verib. Bütün bunlara etirazını bildirən Y.Vural kinayə etməkdən başqa yol tapmayıb.