Azərbaycan avarçəkənləri “Qara dəniz”i fəth etdi
27 may 2009 10:00 (UTC +04:00)

Azərbaycan avarçəkənləri “Qara dəniz”i fəth etdi

Avarçəkənlərimiz Gürcüstandan Vətənə 13 qızıl, 1 gümüş, 1 bürünc medal və kubok gətirdi

Azərbaycanın akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələrdən ibarət yığma komandası Gürcüstanın Poti şəhərindən qayıdıb. Lent.az-ın məlumatına görə, avarçəkənlərimiz mayın 25-də Gürcüstanın açıq çempionatında, ertəsi gün isə “Qara dəniz” reqatasında çıxış ediblər.

Hər iki yarışa Gürcüstan və Ermənistan avarçəkənləri də qatılıblar. Gürcüstanın açıq çempionatı akademik avarçəkmə, kayak və kanoe, “Qara dəniz” reqatası isə yalnız kayak və kanoe növləri üzrə təşkil olunub. Avarçəkənlərimiz hər iki yarışda uğurla çıxış ediblər. Açıq çempionatda kayakçılarımızdan Rüfət Vəlizadə 1 nəfərlik, Emin Cəfərov – Elvin Cəfərov dueti isə 2 nəfərlik qayıqlarda həm 200 metr, həm 500 metr, həm də 1000 metr məsafələrə yürüşdə qızıl medal qazanıblar. Bundan başqa, kanoeçilərimizdən Xaqani Alməmmədli 200 metr, Nazim Rəsulov isə 1000 metr məsafəyə yürüşdə qızıl medala sahib çıxıblar. Akademik avarçəkənlərimizə gəldikdə, Əbdürəşid Mustafin 1 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. 2 nəfərlik qoşa avarlı qayıqda isə Əbdürəşid Mustafin – Kərim Əsgərov dueti bürünc medal əldə edib.

Kayakçılarımız “Qara dəniz reqatası”nda da fərqləniblər. Rüfət Vəlizadə 1 nəfərlik, Emin Cəfərov – Elvin Cəfərov dueti isə 2 nəfərlik qayıqda həm 200 metr, həm də 500 metr məsafəyə yürüşü qızıl medalla başa vurublar. Tamerlan Mustafayev də 1 nəfərlik qayıqla 200 metrlik məsafəyə yürüşdə qızıl medal qazanıb.

Yeniyetmə avarçəkənlərimiz ümumi hesabda I yeri tutaraq, Vətənə 13 qızıl, 1 gümüş, 1 bürünc medaldan əlavə kubokla qayıdıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1274

Oxşar yazılar

Oyun zamanı baş məşqçi huşunu itirdi

Oyun zamanı baş məşqçi huşunu itirdi

3 may 2025 , 16:56
Alonsonu  o əvəzləyəcək

Alonsonu o əvəzləyəcək

3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik  SİMVOLU - ÇEMPİON "Traktor"

Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"

3 may 2025 , 10:45
"Hiyləgər plan"  uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi,  amma...

"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...

3 may 2025 , 09:50
"Traktor" İran çempionu  oldu: İLK DƏFƏ

"Traktor" İran çempionu oldu: İLK DƏFƏ

2 may 2025 , 22:12
 Qərarı qətidir:   “Mançester Siti”dən ayrılacaq

Qərarı qətidir: “Mançester Siti”dən ayrılacaq

2 may 2025 , 19:46
“Milan”ın baş məşqçi postuna  7 namizəd - SİYAHI

“Milan”ın baş məşqçi postuna 7 namizəd - SİYAHI

2 may 2025 , 17:57
1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir

1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir

2 may 2025 , 14:27