Qyoko Hacievski: “Məqsədimiz “Levski”yə qol buraxmadan qalib gəlməkdir”
““Levski” ilə Bakıda keçirəcəyimiz oyunda məqsədimiz qol buraxmadan qalib gəlməkdir”.
Lent.az-ın məlumatına görə, bu sözləri “Bakı” futbol klubunun baş məşqçisi Qyoko Hacievski "7 dni sport" qəzetinə müsahibəsində deyib.
Makedoniyalı mütəxəssis bildirib ki, iyulun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə “Bakı” bu məqsədinə nail ola bilməsə, cavab matçında ciddi çətinliklə üzləşəcək. Hacievski sabahkı qarşılaşmada da azarkeş dəstəyinə bel bağladıqlarını vurğulayıb.
“Levski”nin heyətində Emil Topuzakov və Georgi Petrovu ən güclü oyunçular kimi dəyərləndirən “Bakı”nın baş məşqçisi Darko Tasevski, Niki Dimitrov və Xristo Yovovun da təhlükəli olduqlarını bildirib. Öz yetirmələrindən yeni transfer Feliks Felipe Almeyda haqda da danışan Hacievski braziliyalı hücumçunu ucaboy və sürətli oyunçu kimi dəyərləndirib. Lakin onun fikrincə, Feliks təkbaşına heç nə edə bilmir: “Ona komanda yoldaşları dəstək olmalıdır”.
Qeyd edək ki, sabah keçiriləcək “Bakı” – “Levski” matçı saat 20:00-da başlanacaq.

Oxşar yazılar

Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"
3 may 2025 , 10:45
"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...
3 may 2025 , 09:50
"Traktor" İran çempionu oldu: İLK DƏFƏ
2 may 2025 , 22:12
Qərarı qətidir: “Mançester Siti”dən ayrılacaq
2 may 2025 , 19:46
“Milan”ın baş məşqçi postuna 7 namizəd - SİYAHI
2 may 2025 , 17:57
1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir
2 may 2025 , 14:27
“Real” əfsanələri ilə müqaviləni uzadacaq
2 may 2025 , 09:37