Azərbaycanın kanoeçi dueti finala çıxa bilmədi
Rusiyanın paytaxtı Moskvada keçirilən yeniyetmələr arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatında bu gün 1000 metr məsafəyə yarımfinal yürüşləri start götürüb. Lent.az-ın çempionatı izləyən əməkdaşının verdiyi məlumata görə, Azərbaycan avarçəkənlərindən 2 nəfərlik kayak qayığında yer alan Rüfət Vəlizadə - Mirnazim Cavadov dueti artıq çıxışını başa vurub. Kayakçılarımız İtaliya, Belarus, İsveç, İran, Ukrayna, CAR, Belçika və Kanadadan olan rəqibləri ilə mübarizədə 8-ci yeri tutub. Vəlizadə - Cavadov dueti 1000 metr məsafənin 750 metrini 5-ci sırada qət etsə də, yekunda 3 dəqiqə 32 saniyə 479 mikrosaniyə nəticə ilə öz qrupunda 9 iştirakçı arasında 8-ci yeri tutub. Reqlamentə əsasən, finiş xəttini ilk 3-lükdə keçən kayakçılar finala vəsiqə qazanıb. Bu səbəbdən, Vəlizadə - Cavadov dueti yarımfinal mərhələsində mübarizəni dayandırıb.
Avqustun 2-də 500 metr məsafəyə yarımfinal və final yürüşləri keçiriləcək. Avarçəkənlərimizdən 1 nəfərlik kanoe qayığında mübarizə aparan Andrey Kraytor və 1 nəfərlik kayak qayığında çıxış edən Rüfət Vəlizadə yarımfinal yürüşlərinə qatılacaqlar.
Texniki nəticələr
Məsafə: 1000 metr
2 nəfərlik kayak qayığı (K2)
1. Karlo Kekçini (İtaliya) - 3:23.482
2. Anatoli Şeliko - Mikita Boriko (Belarus) - 3:25.489
3. Yohan Lilya - Rasmus Yaruta (İsveç) - 3:27.799
4. Hamid Torki - Said Fazle Ola (İran) - 3:28.070
5. Artyom Dubrovski - Maksim Yarmolenko (Ukrayna) - 3:29.597
6. Martin van der Berq - Stüart Maklaren (CAR) - 3:30.167
7. Joeri Vekx - Piet Brokx (Belçika) - 3:32.061
8. Rüfət Vəlizadə - Mirnazim Cavadov (Azərbaycan) - 3:32.479
9. Patrik Voqhan - Volf Şilo (Kanada) - 3:36.130
İlk 3 yerin sahibləri finala vəsiqə qazanıb.

Oxşar yazılar

“Real”ın yeni oyunçusunun sevgilisi: Gözəlin FOTOLARI
16 iyun 2025 , 17:24
Fatih Terim ərəb klubundan gedir
16 iyun 2025 , 16:31
Böyük məşqçi Lobanovski: Qərb filminə baxan futbolçuları niyə cəzalandırıb?
16 iyun 2025 , 14:03
İsrailli futbolçunun Türkiyə klubuna transferi xaosa səbəb oldu
16 iyun 2025 , 10:19
Siz gimnastlar görmüsünüz, amma heç vaxt beləsini yox: 98 yaşlı nənə Ginnesin rekordlar kitabına düşdü
15 iyun 2025 , 19:40
"Arsenal" isveçli hücumçunun alınması prosesini dayandırdı
15 iyun 2025 , 17:07
Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
15 iyun 2025 , 03:34