Güləşçimiz dünya çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Həsən Əliyev Türkiyənin paytaxtı Ankarada keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.
Lent.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan pəhləvanımız finalda türkiyəli Rəhman Bilicini məğlubiyyətə uğradıb.
Bununla da Əliyev iyulda Gürcüstanın paytaxtı Tbilisidə qazandığı Avropa çempionluğunun ardından planetin də ən güclüsü olduğunu sübuta yetirib. O, həm də Bilicinin ardıcıl ikinci il dünya çempionu adını qazanmasına imkan verməyib.
İlk yarış günündə ölkəmizin aktivinə daha bir medalı 50 kq çəkidəki təmsilçimiz Xurşud Babaşov yazdırıb. Babaşov Avropa birinciliyində olduğu kimi, dünya çempionatında da bürünc medala yiyələnib. O, 3-cü yer uğrunda görüşdə qırğızıstanlı Həsən Süleymanovu yenib. Digər yunan-Roma güləşçimiz Səbuhi Hümbətov (96 kq) isə medal qazana bilməyib.
Bu gün daha 3 yunan-Roma güləşçimiz – builki Avropa çempionu Orxan Əhmədov (55 kq), Rüstəm Əliyev (66 kq) və qitə ikincisi Murtuza Tağıyev (84 kq) döşək üzərinə çıxacaqlar.

Oxşar yazılar

Dortmund "Burrusiya"sından darmadağın, "Bavariya"dan heç-heçə
3 may 2025 , 23:59
“Cimbom” addım-addım çempionluğa
3 may 2025 , 22:28
Oyun zamanı baş məşqçi huşunu itirdi
3 may 2025 , 16:56
Alonsonu o əvəzləyəcək
3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"
3 may 2025 , 10:45
"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...
3 may 2025 , 09:50
"Traktor" İran çempionu oldu: İLK DƏFƏ
2 may 2025 , 22:12