Millimiz yenə uduzdu, baş məşqçi isə razı qaldı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib.
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Minskdəki “Olimpiyski” İdman Sağlamlıq Mərkəzinin stadionunda baş tutan qarşılaşma millimizin məğlubiyyəti ilə başa çatıb – 0:1.
Lakin yığmamızın baş məşqçisi Bernhard Lippert yetirmələrinin oyunundan razı qalıb: “Bu, indiyə qədər izlədiklərimlə müqayisədə, U-19-un ən yaxşı oyunu idi. Komanda qol buraxana qədər çox yaxşı çıxış etdi, meydanda ağıllı oyun göstərdi, futbolçuların hərəkətlərində ideya vardı. Amma hücumda həlledici ötürməni vermək, son nöqtəni qoymaq heç cür alınmadı. Bununla belə, qeyd etməliyəm ki, toplanışdan-toplanışa komandamızın gücü artır”.
Komandamız növbəti yoldaşlıq oyununu da avqustun 15-də eyni rəqibə qarşı keçirəcək.

Oxşar yazılar

Dortmund "Burrusiya"sından darmadağın, "Bavariya"dan heç-heçə
3 may 2025 , 23:59
“Cimbom” addım-addım çempionluğa
3 may 2025 , 22:28
Oyun zamanı baş məşqçi huşunu itirdi
3 may 2025 , 16:56
Alonsonu o əvəzləyəcək
3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"
3 may 2025 , 10:45
"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...
3 may 2025 , 09:50
"Traktor" İran çempionu oldu: İLK DƏFƏ
2 may 2025 , 22:12