Qalib gələn olmadı - YENİLƏNİB
Lent.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
İkinci “6-lığ”a təsadüf edən bu görüşlərdə heç-heçə qeydə alınıb. Yeni baş məşqçi Mehman Allahverdiyevin rəhbərliyi altında ilk matçına çıxan “Gəncə” “Qəbələ” ilə səfər matçında məğlubiyyətdən yaxa qurtara bilib. İlk yarıda meydan sahiblərindən Murad Hüseynov fərqlənib. Fasilədən sonra Junivan Suares bərabərlik qolunu vurub. MOİK isə “Muğan”la qolsuz heç-heçə edib.
Bu nəticələr komandaların turnir cədvəlindəki mövqelərinə heç bir təsir etməyib. “Qəbələ” 36 xalla 7-ci, “Muğan” 31 xalla 8-ci, “Gəncə” 25 xalla 9-cu, MOİK isə 8 xalla 12-ci pillədə qalıb.
Günün son matçında “Bakı” ilə “Xəzər Lənkəran” üz-üzə gəlib. Oyun boyu hər iki komandanın səylərinə baxmayaraq, hesab açılmayıb. Bununla da “Xəzər Lənkəran” çempionluq şanslarını daha da çətinləşdirib. Düzdür, 25 oyundan sonra xallarını 49-a çatdıran Lənkəran komandası 2-ci pilləyə yüksəlib və lider “Neftçi” ilə xal fərqini 3-ə endirib. Lakin flaqman aprelin 3-də qəbul edəcəyi “Qarabağ”ı yensə, ən yaxın izləyicisindən 6 xal aralanacaq.
2 aprel (şənbə)
MOİK (Bakı) – “Muğan” (Salyan) – 0:0
“Qəbələ” – “Gəncə” – 1:1
Murad Hüseynov, 26 - Junivan Suares, 56
“Bakı” – “Xəzər Lənkəran” – 0:0
3 aprel (bazar)
15:00. “Simurq” (Zaqatala) – “Turan” (Tovuz)
Zaqatala şəhər stadionu.
16:00. AZAL (Bakı) – “İnter” (Bakı)
Şüvəlan qəsəbəsi, AZAL stadionu.
16:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)
Tofiq Bəhramov adına Respublika stadionu.

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11