AFFA Əfqan Həmzəyevin şübhəli qərarını ləğv etdi
Lent.az-ın məlumatına görə, toplantıda “Neftçi” ilə oyunun 85-ci dəqiqəsində “İnter”in futbolçusu Kaxaber Mjavanadzeyə göstərilmiş ikinci sarı vərəqə ləğv olunub.
Oyunun videoyazısına baxıldığı zaman futbolçunun bilərəkdən əllə oynamadığı aşkarlanıb. Həmin vaxt baş hakim Əfqan Həmzəyev gürcüstanlı legioneri qovub və 1:0 hesabı ilə öndə olan “İnter”in qapısına penalti təyin edib. “Neftçi”nin futbolçusu penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib. Görüş elə 1:1 hesabı ilə nəticələnib. “İnter”i qələbədən məhrum edən Həmzəyevin işinə AFFA Hakimlər Komitəsində baxılıb-baxılmayacağı bilinmir. Oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında iştirak etməyib. Buna görə də “bankirlər”ə 1000 manat cərimə kəsilib.
“Qarabağ” – “Xəzər Lənkəran” matçının 85-ci dəqiqəsində hər iki komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. İntizam Komitəsi Ağdam və Lənkəran komandalarını hərəyə 2 min manat cərimələyib. 90-cı dəqiqədə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Xəzər Lənkəran”ın futbolçusu Diego Souza 1 oyunluq cəzaya, klubu isə 200 manat cəriməyə məruz qalıb.
“Gəncə” klubuna isə üst-üstə 3 min manat cərimə tətbiq olunub. “Muğan”la matçda “Gəncə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən 1000 manat cərimə kəsilib. 83-cü dəqiqədə isə bu klubun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Belə hərəkətin cəriməsi isə 2000 manat olub.

Oxşar yazılar

Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56