Jurnalistlər deputatlara qalib gəldilər – 5:4
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlərlə Milli Məclisin deputatları arasına yoldaşlıq oyunu keçirilib. Lent.az-ın məlumatına görə, görüş Azərbaycan futbolunun 100 illiyinə həsr olunub.
Qarşılaşma jurnalistlərin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Həmkarlarımızın heyətində APA-nın baş direktorunun müavini Nurşən Quliyev 3 qol vuraraq het-trikə imza atıb. Digər qolları isə “Çempion” qəzetindən Anar Xanlarov və ANS televiziyasından Gündüz Abbaszadə vurub.
Deputatlardan isə Qüdrət Həsənquliyev və Siyavuş Novruzov hərəsi 1, Fazil Qəzənfəroğlu isə 2 dəfə fərqlənib. F.Qəzənfəroğlu vurduğu qollardan birinə onbirmetrlik zərbə ilə imza atıb.
Oyun ərzində baş hakim Azad Mütəllimovun deputatların komandasına simpatiyası hiss olunurdu. Hesab 4:2 olarkən baş hakim jurnalistlərin qol silahı olan Nurşən Quliyevin mübahisə etdiyini iddia edərək onu meydandan kənarlaşdırıb. Təyin olunmuş penaltini isə F.Qəzənfəroğlu qola çevirib. Bununla belə hakim jurnalistlərin qələbəsinə mane ola bilməyib.
Oyundan sonra AFFA tərəfindən futbolumuzun 100 illiyi ilə bağlı tədbirdə fəal iştirak edən qurumlara xatirə diplomları və fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, qarşılaşma başlamazdan əvvəl deputatlar jurnalist komandasının daha gənc olmasını bildirmişdi və buna etiraz etmişdilər. Bu səbəbdən də “Xəzər” televiziyasının gənc aparıcısı Emil Abbasov heyətdən kənarlaşdırılıb. Buna etiraz edən jurnalist stadionu tərk edib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Neymar fanatından özünün və Messinin əksi olan alt paltarı hədiyyəsi aldı
14 avqust 2025 , 11:32
La Liqanın yeni mövsümünü kimin qazanacağını bilirsinizmi?
14 avqust 2025 , 09:23
UEFA Superkuboku: PSJ növbəti titulunu qazandı
14 avqust 2025 , 01:15
Səudiyyəlilər “Real”ın oyunçusu üçün 350 milyon ödəməyə hazırdırlar və bu Vinisius deyil
13 avqust 2025 , 19:11
Ölkə çempionu olan futbolçu narkotik satırmış: həbs olundu
13 avqust 2025 , 17:00
Qurban Qurbanova qəribə irad -VİDEO
13 avqust 2025 , 14:19
Balotelli 35 yaşında: İndi “Real”da oynamaq istəyir, “Barselona” üçün darıxır və nəyə görə peşmandır
13 avqust 2025 , 12:36