Gürcüstanın yüksək liqasının debütantı “Jalə” Kubokunun qalibi oldu
01 avqust 2011 11:10 (UTC +04:00)

Gürcüstanın yüksək liqasının debütantı “Jalə” Kubokunun qalibi oldu

0
Lent.az-ın məlumatına görə, yarışda Azərbaycanın “Qəbələ” və “Kərəz” klublarından əlavə, Gürcüstanın “Srartak” (Tsxinvali) və “Dila” (Qori) komandaları çıxış edib. İlk oyun günündə “Kərəz” “Srartak”ı 3:2 hesabı ilə məğlub edib. “Qəbələ” isə əsas heyətinin əksər üzvlərinin ehtiyatda qaldığı görüşdə “Dila”ya uduzub – 1:3. Reqlamentə əsasən, qaliblər finalda, məğlublar 3-cü yer uğrunda görüşdə üz-üzə gəliblər. “Srartak”la bürünc medal qarşılaşmasında “Qəbələ”nin əsas heyət üzvləri meydançaya çıxıblar. Lakin bu dəfə də təşkilatçı komanda uduzub – 0:1.


Final matçında isə “Kərəz”lə “Dila” qarşılaşıb. Gürcüstan çempionatının yüksək liqasına yenicə vəsiqə qazanmış Qori komandası minimal hesabla qələbə qazana bilib. Beləliklə, “Dila” “Jalə” Kubokunu Gürcüstana aparıb. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov, komandanın baş məşqçisi Toni Adams, eləcə də veteran futbolçular Oqtay Abdullayev, Maşallah Əhmədov və Asim Xudiyev təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar