“Neftçi”nin futbolçusu “Barselona”nın heyətində məşqə çıxdı
0
0
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeniyetmə futbolçu dünyanın ən güclü klublarından olan “Barselona”nın nəzdində intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində ilk məşqinə çıxıb.
Qeyd edək ki, Fəhmin Muradbəyli məşqçi İslam Kərimovun rəhbərliyi altında “Neftçi”nin 15 yaşlılardan ibarət komandasının üzvü olub. Xüsusi istedada malik futbolçu həm “Neftçi”nin əvəzedici heyətinə cəlb olunub, həm də “Barselona”nın bazasında keçirilən Yay Futbol Məktəbinin məşqlərinə qoşulub. Muradbəyli avqustun 12-dək davam edəcək məşqlərə qatılan yeganə azərbaycanlıdır.