“Bakı” daha 2 legioneri ilə vidalaşdı
01 avqust 2011 16:41 (UTC +04:00)

“Bakı” daha 2 legioneri ilə vidalaşdı

0
Klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyevin Lent.az-a verdiyi məlumata görə, bunlar moldovalı hücumçu Vyaçeslav Sofroni ilə xorvatiyalı yarımmüdafiəçi Ernad Skuliçdir.


“Klubumuz Sofronini hələ ötən mövsümün sonlarında heyətdən kənarlaşdırmağa qərar vermişdi. Lakin o, baş məşqçimiz Aleksandr Starkovdan daha bir şans istədi. Starkov moldovalı forvardı Sloveniyadakı təlim-məşq toplantısında yoxladı və onun gedişinə qərar verdi. Skuliç isə ötən mövsüm zədələndikdən sonra istənilən səviyyədə oyun göstərə bilmirdi” - deyə Mehdiyev bildirib.

Qeyd edək ki, “Bakı” ötən mövsümü 6-cı pillədə başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar