“Neftçi”də baş məşqçi təyinatı rəsmiləşdi
02 avqust 2011 18:00 (UTC +04:00)

“Neftçi”də baş məşqçi təyinatı rəsmiləşdi

0
Lent.az-ın məlumatına görə, klub rəhbərliyinin iştirak etdiyi toplantıda "Neftçi"nin məşqçilər korpusuna yeni təyinatlar təsdiqlənib. Bundan sonra komandanın baş məşqçisi vəzifəsini Böyükağa Hacıyev yerinə yetirəcək. Komandanın direktoru Güloğlan Cabbarov, baş məşqçinin köməkçisi Tərlan Əhmədov, seleksiyaçı-məşqçi Kamal Quliyev olacaq.


Qeyd edək ki, Bəxtiyar Musayev əvvəl olduğu kimi, yenə də baş məşqçinin seleksiya üzrə köməkçisi, Mehmet Ak fiziki hazırlıq üzrə məşqçi, Neboyşa Manoyloviç isə qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək. Komandamız saat 19:00-da klubun bazasında baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında ilk məşqinə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar