“Azərbaycan yığması nə favoritdir, nə də hədiyyə”
0
0
Lent.az-ın məlumatına görə, bunu Portuqaliya milli komandasının və Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Uqu Almeyda 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupundakı rəqiblərini Rusiya mətbuatına dəyərləndirərkən belə deyib.
Hücumçu Portuqaliyanın Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburqla eyni qrupa düşməsindən xeyli razı qaldığını bildirib. Lakin onun fikrincə, bütün rəqiblərlə qarşılaşmalarda çox diqqətli olmaq lazımdır. Çünki seçmə mərhələdə hamı maksimum motivasiyalı olacaqlar: “Hesab edirəm ki, Portuqaliya millisi qrup birincisi olmaq üçün tam şanslıdır. Öz komandamıza əminəm. 2000-ci ildən yığmamız heç bir seçmə tsikldə qrupda qalmayıb. Özümə gəldikdə, ümidvaram ki, 2008-ci il Avropa və 2010-cu il dünya çempionatında olduğu kimi, Braziliyada keçiriləcək 2014-cü il mundialında da oynaya biləcəyəm”.
Almeyda final mərhələsinə vəsiqə uğrunda mübarizədə əsas rəqib qismində Rusiya və İsrailin adını çəkib.
Qeyd edək ki, 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinə gələn ilin sentyabrında start veriləcək.